Gizlilik siyasəti

Şəxsi məlumatların qorunmasına dair bəyanat

Təşkilatımız və veb-səhifə barədə informasiya

“Giperaks” şirkəti sizin məxfiliyinizi qorumaq barədə öhdəlik götürür. Şəxsi məlumatların qorunmasına dair bu bəyanatı təqdim etməkdə məqsədimiz sizi Şəxsi məlumatların qorunmasına dair siyasət və metodlarımız barədə, həmçinin sizə aid informasiyanın onlayn rejimdə necə toplanması və həmin informasiyanın necə istifadə edilməsinə münasibətdə edə biləcəyiniz seçimlər barədə məlumatlandırmaqdır. Bu veb-sayt Azərbaycan qanunlarına uyğun olaraq tənzimlənir. Azərbaycan məhkəmələri bu veb-səhifənin tərəfinizdən istifadə edilməsindən irəli gələn bütün mübahisələrə münasibətdə qeyri-müstəsna yurisdiksiyaya malikdir. 

Avtomatik toplanan məlumat

Biz, ziyarətçinin domenini və IP ünvanını avtomatik olaraq qeydə alırıq; həmin informasiya bir fərd kimi sizi deyil, yalnız sayta baxmaq üçün istifadə edilməkdə olan kompüteri göstərir. Sizə təklif etdiyimiz xidmətimizi təkmiləşdirmək məqsədilə, həmin məlumatlar əhatə dairəsini yaxşılaşdırmaq, saytın dünyanın hansı hissəsində istifadə edildiyini öyrənmək, sayta daxil olma hallarını təhlil etmək və saytdan istifadəni daha yaxşı başa düşmək üçün istifadə edilir. Biz sözügedən vasitələrlə avtomatik qeydə alınan informasiyanı konkret fərdlər barədə şəxsi məlumat ilə əlaqələndirmirik.

Şəxsi məlumatların toplanması, istifadəsi və işlənməsi

Siz könüllü olaraq məlumatları daxil etməyə və ya buna razılıq verməyə qərar verdiyiniz təqdirdə biz konkret bir şəxsə aid məlumatları yalnız emal və istifadə məqsədləri üçün toplayırıq. Bununla siz aşağıdakı istifadə şərtlərini qəbul etmiş olursunuz.

Siz saytımıza daxil olduğunuz zaman müəyyən məlumatlar sistem administrasiyası və ya arxivləşdirmə məqsədləri üçün avtomatik olaraq serverimizdə saxlanılır. Bu məlumatlara sizin internet provayderinizin adı, bəzi hallarda IP ünvanınız, brauzerinizin istifadə etdiyi proqramın versiyası, kompüterinizin bizim saytımıza daxil olmaq üçün istifadə etdiyi əməliyyat sistemi, bizim saytımıza daxil olmaq üçün istifadə etdiyiniz vebsayt, bizim saytımızda olarkən daxil olduğunuz digər saytlar və əgər mümkünsə vebsaytımızı tapmaq üçün istifadə etdiyiniz axtarış şərtləri daxildir. Vəziyyətdən asılı olaraq bu cür məlumatlar sayta daxil olan müəyyən istifadəçilər haqqında həmin nəticələrin tərtib edilməsinə imkan verə bilər. Lakin bu kontekstdə hər hansı bir şəxsi məlumatdan istifadə edilmir. Bu məlumatlar yalnız anonim hala salındıqdan sonra istifadə edilə bilər.

 Əgər siz könüllü olaraq öz şəxsi məlumatlarınızı bizə verirsinizsə biz həmin məlumatlardan qanunla və sizin icazə haqqında bəyannamənizlə icazə verilən həddən çox istifadə edilməsinə, işlənməsinə və ya ötürülməsinə yol vermirik. Bundan əlavə biz sizin məlumatlarınızın ötürülməsinə yalnız rəsmi və ya məhkəmə qaydasında məcbur olduğumuz zaman yol veririk.

Bu Məxfilik Bəyannaməsinə edilən hər hansı bir dəyişiklik bu səhifədə dərc olunacaq. Bununla da siz istənilən vaxt səhifəyə daxil olaraq hansı məlumatları yaddaşda saxladığımızı və bu məlumatları necə topladığımızı və istifadə etdiyimizi öyrənə bilərsiniz.

Məlumatların toplanılması və istifadəsi

Hər hansı informasiya əldə etmək üçün müraciət etdikdə biz sizin barədə bəzi şəxsi məlumatlara ehtiyac duya bilərik. Bizə elektron məktub göndərərkən bizə sizin elektron poçt ünvanınız, adınız və ya digər məhdud şəxsi göstəriciləriniz, adətən adınız və əlaqə nömrəniz lazım olur[uF1] . Müraciət etdiyiniz informasiya, mallar, məhsullar və xidmətləri istədiyiniz formada sizə təqdim etmək üçün, sizə aid şəxsi məlumatlar təhlil ediləcək. Məxfi xarakter daşıyan şəxsi məlumatları tələb etdiyimiz hallarda biz, həmin məlumatların Azərbaycan Respublikasının məlumatların qorunması və məxfiliyinin təmin edilməsinə haqqında qanunlarına ciddi şəkildə riayət olunmaqla toplanılması və istifadəsini təmin edəcəyik. Sizin icazəniz olmadan biz sizə aid təfərrüatları “Giperaks” Qrupundan kənar heç bir şəxsə ötürməyəcəyik. Xidmətlər müqabilində öz informasiyanızı təklif etdiyiniz hallarda "Qəbul edirəm" düyməsini [uF2] basmaqla siz informasiyanın bu cür ötürülməsinə razılığınızı bildirirsiniz. Sizə aid şəxsi məlumatları ilkin olaraq nəzərdə tutulmuş məqsəddən fərqli olan yeni bir məqsəd üçün istifadə etmək istədiyimiz halda sizin razılığınızı almaq üçün sizə müraciət edəcəyik. Siz şəxsi məlumatların toplandığı zaman "razılıq" xanasında işarə etməklə həmin razılığı əvvəlcədən verə bilərsiniz.

Məlumatların saxlanılması

Xidmətlərin təkmilləşdirilməsi məqsədilə məlumatlar uzun müddət saxlanılır, sonra isə şəxsiyyətsizləşdirilir və eyniləşdirilməsi mümkün olmur. Kart məlumatları 3 (üçüncü) şəxlərə təqdim olunmur. Yuxarıda təsviri verilən məlumatlardan başqa sizin barədə heç bir əlavə informasiya toplamırıq.

Sizə aid şəxsi məlumatlardan istifadə

Biz sizə aid saxladığımız şəxsi məlumatlarınızın oxunaqlı surətini sizə 40 gün ərzində təqdim edəcəyik; bunun üçün sizdən şəxsiyyətinizi təsdiq edən sənəd tələb edəcəyik. Sizə saxladığımız məlumatları geri götürmək imkanı veririk və münasib hallarda siz həmin məlumatları sildirə, tamamlaya və ya həmin məlumatlara düzəliş və əlavələr etdirə bilərsiniz. Biz öz ziyarətçilərimizə onlara aid şəxsi məlumatların surətini təqdim etməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq, amma imtina etməyimizin səbəblərini açıqlayacağıq. Siz şəxsi məlumatlarınızın surətinin sizə təqdim edilməsindən imtina barədə qərarımıza qarşı etiraz etmək imkanına malik olacaqsınız.

Uşaqlar

“Giperaks” şirkəti uşaqların məxfilik ehtiyaclarının qorunmasının tərəfdarıdır və biz, valideynlərə və qəyyumlara tövsiyə edirik ki, uşaqlarının onlayn fəaliyyətinə və maraqlarına fəal surətdə nəzarət etsinlər. “Giperaks” şirkəti yaşı 16-dan az olan uşaqlardan informasiyanı bilərəkdən toplamır. Bundan başqa, şirkət öz veb-saytlarını yaşı 16-dan az olan uşaqlar üçün nəzərdə tutmur.

Mühafizə

Biz nəzarətimiz altında olan şəxsi məlumatları qorumaq üçün təhlükəsizlik prinsipləri, qaydaları və texniki tədbirlər tətbiq etmişik və bunlar sayta şamil oluna bilən yurisdiksiya üçün münasib olan məlumatların məxfiliyi və qorunmasına dair qanunvericiliyə tam şəkildə uyğundur. Təhlükəsizlik tədbiləri məlumatların icazəsin əldə edilməsi, qeyri-münasib şəkildə istifadəsi və ya açıqlanması, icazəsiz dəyişdirilməsi və qeyri-qanuni surətdə məhv edilməsi və ya təsadüfən məhv olmasının qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Hal-hazırda biz veb-saytımızın ziyarətçilərinə öz şəxsi məlumatlarını bizə göndərmək üçün təhlükəsiz ötürmə metodundan istifadə seçimini vermirik.

Şəxsi məlumatların qorunmasına dair tələblərə uyğunluq

Şəxsi məlumatların qorunmasına dair siyasətimiz Azərbaycan Respublikasının qanunvericiliyinə uyğundur.

Hiperlinklər

Sizin rahatlığınız və informasiya əldə bilməyiniz üçün şirkətin veb-saytlarında üçüncü tərəf veb-saytlarında linklər nəzərdə tutula bilər. Həmin linklərə daxil olduqda siz  şirkətinin veb-saytını tərk edəcəksiniz. Şirkət həmin saytları və ya onların şəxsi məlumatların qorunmasına dair metodlarına nəzarət etmir. Onlar şirkətin metodlarından fərqli ola bilər. Biz üçüncü tərəf veb-saytlarını heç bir şəkildə təsdiq etmirik və ya onlar barədə heç bir bəyanatla çıxış etmirik. Şirkətin şəxsi məlumatların qorunmasına dair bəyanatı şirkətə aid olmayan üçüncü tərəflərə vermək istədiyiniz şəxsi məlumatları əhatə etmir. Sizə tövsiyə edirik ki, şəxsi informasiyanızı təqdim etməzdən əvvəl həmin şirkətlərin şəxsi məlumatların qorunmasına dair siyasəti ilə tanış olasınız.