Aşağıda qeyd olunan məhsul kateqoriyaları istisna olmaqla Azərbaycan Respublikasının İstehlakçılarının Hüquqlarının Müdafiəsi haqqında qanunun 15-ci maddəsini nəzərə alaraq digər məhsulların 14 gün ərzində geri qaytarılması və dəyişdirilməsi mümkündür.
Aşağıdakı hallarda, məhsulu əldə etdiyiniz gündən sonrakı 14 gün ərzində dəyişdirə bilərsiniz:
· Məhsulda istehsalçı xətasına görə qüsur aşkar edilərsə,
· Çatdırılma zamanı məhsula hər-hansı zərər dəyibsə.
· Məhsulu alarkən verilən qəbz mütləq sizinlə olmalıdır.
Qeyd: Geri qaytarılma və ya dəyişdirilmə aşağıdakı hallarda ödənişsiz həyata keçirilir:
· Məhsulda istehsal xətasına görə qüsur aşkar edilərsə
· Çatdırılma zamanı məhsula hər-hansı zərər dəyibsə
Yuxarıda qeyd olunanlar onlayn formada geri qaytarılma və ya dəyişdirilmə şərtləridir və məhsulu əldə etdiyiniz gündən sonrakı 14 gün ərzinə şamil olunur.
Əlavə olaraq qeyd etmək istərdik ki, qulaqlıqlar gigiyenik məhsul olduğu üçün dəyişdirilməsi və ya qaytarılması məhsul əldə edildikdən 3 gün ərzində mümkündür.
Saçqırxan, üzqırxan və trimmer, saç ütüsü, üz təmizləyən masajor, epilyator və diş fırçası gigiyenik məhsullar olduğu üçün zavod qablaşdırması pozulmadığı və məhsul müştəri tərəfindən istifadə olunmadığı halda dəyişdirilməsi və ya qaytarılması məhsul əldə edildikdən 3 gün ərzində mümkündür.
Aşağıdakı məhsulların geri qaytarılması və ya dəyişdirilməsinə icazə verilmir: