Karyera İmkanları
Giperaks şirkəti üçün ən önəmli dəyərlərdən biri insan resursudur. Əldə etdiyimiz nailiyyətlərdə şübhəsiz ki, əməkdaşlarımızın rolu danılmazdır. İnkişaf etməkdə olan şirkətimiz, əldə edəcəyimiz uğurlara çalışanlarımızın verəcəyi dəyəri yaxşı anlayır. Buna uyğun olaraq biz, əməkdaşlarımızın hər birininə inanır və ailəmizin üzvü olaraq görürük. İnsan Resursları olaraq əsas hədəfimiz, müştəri tələblərinə cavab verən ən yaxşı məhsul və xidmətləri təqdim etmək, inkişaf etmiş insan gücü və texnoloji yeniliklərlə müsbət dəyər yaratmağa çalışmaqdır. Sosial korporativ məsuliyyət daşıyan, fərqli düşüncəyə dəyər verən, maraqları qarşılayan və ədalətli bir təşkilati struktur yaratmaq əsas hədəflərimizdəndir.
Giperaks şirkətinin təşkilati strukturu özünün vizyon, hədəf və dəyərləri istiqamətində insan resursu ehtiyacını ən optimal şəkildə təmin etmək, onu motivasiya və inkişaf etdirmək, mükafatlandırmaq, davamlılığı və loyallığını təmin etmək üçün müvafiq proqram və strategiyalar tətbiq edir.